Nitqin düzgün inkişafı üçün
nə etməli ?
Həyatımızın ən vacib ehtiyaclarından biri
ünsiyyətdir.O ətrafdakılarla olan münasibətlərimizin ,həyat şəraitimizin təməlidir.Ünsiyyət nitq anlayışlarının daha
geniş anlamıdır.Nitqin inkişafı
uşaqlarda müəyyən zaman içərisində ,mərhələli şəkildə inkişaf etsə də,heç də
öz-özünə və avtomatik baş vermir.Təyin edilmiş inkişaf normativlərinə uyğun olaraq, valideynlər körpəlik yaş dövründən etibarən uşağın nitqinə nəzarət etməlidirlər .
Bəs
uşağın nitqinin düzgün inkişafını
üçün nələrə diqqət yetirməliyik?
1.İlkin
inkişafa nəzarət:
İlk yaşam
aylarından etibarən,körpələr
danışıqlara gülüşlə cavab verir .3-4 aylığından qığıldayır,səslər gələn
tərəfə baxır ,ananın səsini tanıyır və s.Əgər
uşağın nitqinin inkişafında problemlər ,geriləmələr müşahidə edirsinizsə,mütləq
pediatr və nevropotoloqa müraciət etməlisiniz.
2.Qarşılıqlı
ünsiyyət:
Körpələr artıq 5-6 aylıqlarından etibarən,onlara göstərilən
münasibətə reaksiya verir.Övladlarınızın hansı inkişaf mərhələsində olmasından
asılı olmayaraq, onunla daim ünsiyyət qurun.Bu zaman səsinizin tonuna, intonasiyanıza diqqət
yetirin və düzgün istifadə edin.
3.Daim öyrədin!!!
Nitqin ilkin inkişaf mərhələsindən
başlayaraq,ona müxtəlif səsləri sadə sözləri ,səsləri ,anlayışarı öyrədin.Bununla həm söz eytiyyatının artmasına kömək edin,həm
də öyrənmə arzusunu gücləndirin.Beləliklə,
uşağınızı ətraf-aləmlə də tanış etmiş olacaqsınız.
4.Suallarını
cavablandırın!!!
2 yaşından etibarən, uşaqlar daim suallar
verir.Bəzən bu suallar dəfələrlə təkrarlanır və qurtarmaq bilmir.Cavablar
uşağın yaşına uyğun ,anlaya biləcəyi şəkildə ,qısa və doğru olmalıdır.Neçə dəfə
təkrarlanmasından asılı olmayaraq, bunu
mehribancasına edin və övladlarınızın
ünsiyyət qurmaq ,öyrənmək istəyini boğmayın.Bununla da ,övladlarınızında dioloji nitqi (2 və ya daha artıq şəxs
arasında olur,reaksiya,jest,intonasiya və mimika tələb edir.) inkişaf etdirin.
5.Ona
suallar ünvanlayın !!!
Gördüyü
hadisələr,oynadığı oyunlar və s. haqqında ona suallar ünvanlayın.Öz fikrini sərbəst ifadə etməsi
üçün şərait yaradın.Hadisələri ardıcıllıqla şərh etməsinə köməklik göstərin və
monoloji nitqinin (1 adamın öz şüur və mülahizələrinin müntəzəm və ardıcıl şərh
etməsi.) inkişafına dəstək olun.
6.Uşaqlarla düzgün danışın!!!
Uşaqlarınızla danışarkən nitqinizin
düzgün və rəvan olmasına diqqət yetirin.Unutmayın ki ,uşaqlarda nitq böyükləri
yamsılama ilə formalaşmağa başlayır.2 yaşdan sonra uşaqlarla ünsiyyət zamanı sözləri olduğu kimi (“appa” əvəzinə “yemək”,”aqqaş” əvəzinə “ayaqqabı” və
s.) və aydın tələffüz edin.Uşaqların yanında ara sözlərdən ,vulqarizmlərdən
qeyri-şərtsiz istifadə etməyin.Nitqinizlə ona örnək olun!
7.Onun
üçün oxuyun!!!
Oxunulan
hər bir nağıl ,hekayə uşağın təxəyyülünü
,qavrayışını, təfəkkürünü inkişaf etdirir.Nitqli təfəkkür isə ətrafdakılardan məntiqi nəticə çıxarmağa ,gerçəkliyi daha dərindən
anlamağa ,hadisələrin mahiyyətini , sözlərin mənasını dərk etməyə kömək edir.
8.Onun monitordan
asılı olmasına imkan verməyin!!!
Texnologiyadan düzgün istifadə etmədikdə
,o bəlaya çevrilir .Uşaqları sakitləşdirmək ,öz işlərinizi həll etmək naminə onların
saatlarla televizor,kompyuter qarşısında əyləşmələrinə, telefon və planşetlərdən istifadə etmələrinə imkan verməyin.Bu kimi hallara məruz
qalan uşaqlar fikirlərini ifadə edə bilmir,hadisələri ardıcıl şərh etməkdə
çətinlik çəkir və lüğət ehtiyyatları
yaşıdlarından geri qalır.
9.Cəmiyyətə adaptasiya edin!!!
Sosial
baxımdan aktiv uşaqlarda cümlə
qurmaq qabiliyyəti ,fikirləri sistemli ifadə
etmə daha yaxşı inkişaf edir.Uşaqlarınızın ünsiyyətdə olacağı məkanlarda ,tədbirlərdə iştirakına
imkan yaradın.Bu baxımdan uşaqların məktəbəqədər
tədris müəssisələrində təlim görməsi olduqca vacibdir.