3 Şubat 2020 Pazartesi

                                Qlobal  oxu və ya Doman metodu 

                    
                       Son dövrlərdə  pedaqoqlar ənənəvi oxu - analtik  metodlardan deyil daha fərqli  üsullardan istifadə  edirlər .Bunlardan biri  də "Qlobal oxu " texnikasıdı. İngilis  əsilli Amerikalı  həkim - fizioterapevt  Qlen Demonun  ( Glenn Doman )adıyla  bağlı  olan və onun vasitəsiylə  yaradılan  bu metod  sözlərin  vahid bir şəkildə  oxunmasını təmin edir .  Qlobal  oxu texnikası  nitq  və ümumi inkişaf  problemli , disleksiyalı uşaqların  inkişafında  və təlimində olduqca  effektiv  və populardır . Hal - hazırda  bir  çox  mərkəzlər  kiçik  yaşda   olan  uşaqlara da  oxumanı  öyrətmək üçün  bu üsuldan istifadə  edir . 



                                                                                                                       Qlen     Demon 
                                                                                                                        (1919 - 2013 , ABŞ ) 

Ənənəvi  və Qlobal oxu

             Qlobal oxu  uşağın  görmə yaddaşı  və  görmə  qavramasına  əsaslanır  və  uşaq sözləri   bütöv  bir şəkildə bir rəsm  olaraq  mənimsəyir . Uşaq  sözləri kök  formasını  öz yaddaşına  həkk edir . Ənənəvi oxu texnikasında  isə uşaq əvvəlcə səsləri  və hərfləri  öyrənir . Sonra  onlar  vasitəsiylə  hecaları və nahayət  sözləri oxumağı  öyrənir . Bu  vasitə  ilə o  sözləri hecalara  və səslərə ayırmağı ,  sözü  səs  və hərfə görə  təhlil  etməyi  öyrənir . Bu  proses  uşaqdan  analtik zəka ,  inkişaf etmiş  təfəkkür  tələb  edir .

        Bəzi tətqiqatçılar  Demon  texnikası  ilə oxuma  bacarığına  yiyələnən  uşaqların  davamlı  təlimlərlə  və dərslərlə   yazının  təhlil  olunmasını da   öyrənə  bilərlər . 


                                              Qlobal oxunun tətbiqi 

         Uşağa  yazı  ilə birgə  şəkillər  verilir . Başlanğıc  üçün  müəyyən bir mövzuya  aid  10 söz  seçilir .  Sözlərin  və yazılar  olduqca  aydın  və uşağın  diqqətini çəkəcək  şəkildə  və  aydın olmalıdı .  Hər gün  3 dəfə olmaqla yazıalar  və  təsvirlər   uşağa  göstərilir . 10  gün  boyunca  bu proses  davam  etdirilir . Yazılar  və şəkillərlə  müxtəlif  oyunlardan istifadə  olunur . Şəkil və  yazının  eyniləşdirilməsi , yazıların  eyniləşdirilməsi , tələffüz  olunan sözə  uyğun  yazının  göstərilməsi   və s.




Qlobal  oxu  və  Xüsusi qayğıya ehtiyyacı olan  uşaqlar 

                      Bu  metod xüsusən də xüsusi qayğıya  ehtiyyacı olan uşaqlarla  işləyən  pedaqoqların  fəaliyyətində  olduqca  böyük  bir  sıçrayışa  səbəb oldu . Görmə  yaddaşından  istifadə edərək  uşaqlarda  yalnız  oxuma  deyil həmçinin  nitq və  ünsiyyət  bacarıqlarının  formalaşmasına vəsilə oldu . Demon  metodikasından  nitq  və  ünumi inkişaf  geriləməsi  olan , autizm spektr  pozulmaları  olan  uşaqlarla  iş zamanı  istifade  edilir .  Uşaqların  bu kartlardan  istifadə  edərək fikirlərini  və  istəklərini  ifadə  etmələri üçün  xüsusi  bir təlim proqramı hazırlanır . Uşaqlar  yazıların mənalarını  başa  düşdükləri  üçün  fikirlərini    yazı kartları  vasitəsiylə "göstərir " , cümlə qurur . 
           Metodikadan istifadə   nitq geriləməsi  olan  uşaqlarda  lüğət  ehtiyyatının  artmasına ,  ünsiyyət tələbatının  artmasına  səbəb olur .

16 Temmuz 2018 Pazartesi


Hipersalivasiya  Pitalizm  
                                              və    ya 
       
            Uşaqlar böyüdükcə fərqli vərdişlərə , bacarıqlara sahib olur , dəyişilirlər və dəyişilirlər . Əvvəl oturmağa cəhd edir ,sonra da  elə qaçır ki , çatmaq olmur  . Hər şeyi ağzına alır  , dişləməyə cəhd edir ,ağzının suyunu hər yerə axıdır. Əlbəttə ,bütün bunlar normal hallardı amma müəyyən bir zaman daxilində .                      
      Məsələn ,3 -6 aylıq uşağın ağız suyunun axması  ikişaf qanunauyğunluğunun bir hissəsidir. Yaxşı ,bəs uşaq böyüyür amma vəziyyət  dəyişilmirsə ? Bəs onda necə ? Bu hala hipersalivasiya və ya pitalizm  deyilir və çox müxtəlif səbəblərdən yarana bilər :
  • Həzm sistemində mövcud olması ;
  • Stomatit ;
  • Hamiləlik ;
  • Psixoloji səbəblər (nadir hallarda ) 
  • Qurd  xəstəlikləri ; 
  •  İnsult ; 
  • Uşaq serebral iflici (USİ) ;
  •  Baş beyin zədələnmələri ;
  • Orqanizmdə maddələr mübadiləsinin pozulması
  • Üz əzələlərinin passivliyi  və s.
           Hansı səbəbdən baş verməsindən asılı olmayaraq həkimə müraciət etmək mütləqdir  və yalnız bundan sonra  fərqli  usullarla övladınıza problemini həll edə bilməsi üçün kömək ola bilərsiz.
  •      Artikulyasiya gimnastikaları olduqca faydalıdır.(Bu həm də övladınızın  nitq inkişafına müsbət təsirini göstərəcək. ) 
               

 

Dili dodağın sol və sağ künclərinə doğru hərəkət etdirmək .






 
        Ağızı açıq halda  10 saniyə saxlayırıq və bu  tapşırığı    bir - neçə dəfə təkrarlayırıq. 








 

         
      Dili dodağın   üzərində  saat əqrəbi və əksi istiqamətində  çeviririk.







      


     Dili  üst və alt dişlərin  üzərində sağa və sola  hərəkət etdiririk .








     
   Dodaqları  qapalı saxlayaraq  dili               növbə ilə
 sağ və sol yanaqlara  toxundururuq. 







 



   Dili  əvvəl buruna sonra çənəyə toxundurmağa çalışırıq.











      Hər bir tapşırığı   bir - neçə dəfə  təkrarlayırıq. Bu tapşırıqlar uşaqlarda artikulyasiya aparatının  inkişafına kömək olur.

  •        Loqopedik massaj  ağız suyunun axmasının qarşısının alınmasında  olduqca effektivdir. Amma bunun üçün loqopedə müaciət etmək və hidrosalivasiyanın səbəbini dəqiqləşdirmək mütləqdir.

  •      Övladınızın yedikləri qidaları bolluca  çeynəmələrini  istəyin.  Çeynəmə zamanı uşağın üz , çənə əzələləri möhkəmlənir və bu ağız suyunun axmamasına kömək edir. 
      Qeyd :  Brenderdən  keçirib verdiyiniz qidalar sizə rahat olsa da , övladınıza zərərdir.  


  •          Müxtəlif   mineral sularla  və  ya  kefirlə  ,sadə su ilə              qarqara    etmək  də  faydalıdır.

·             Müxtəlif damaq və diş xəstəlikləri  də ağız suyunun axmasına səbəb ola bilər ki, bu zaman stomatoloqa müraciət etmək məsləhətdir.


                       Vaxtında  düzgün mütəxəssisə müraciət etməsəniz  ,  hər  bir sadə problem həlli çətin  olan dərdə çevrilə bilər .

25 Haziran 2016 Cumartesi

             Nitqin  düzgün  inkişafı üçün 

                          nə etməli ?

      Həyatımızın ən vacib ehtiyaclarından biri ünsiyyətdir.O ətrafdakılarla olan münasibətlərimizin ,həyat şəraitimizin  təməlidir.Ünsiyyət  nitq anlayışlarının  daha  geniş  anlamıdır.Nitqin inkişafı uşaqlarda müəyyən zaman içərisində ,mərhələli şəkildə inkişaf etsə də,heç də öz-özünə və avtomatik baş vermir.Təyin edilmiş inkişaf normativlərinə  uyğun olaraq, valideynlər körpəlik yaş  dövründən etibarən  uşağın nitqinə nəzarət etməlidirlər .
    Bəs  uşağın  nitqinin düzgün inkişafını üçün nələrə diqqət yetirməliyik?

1.İlkin inkişafa nəzarət:
    İlk yaşam  aylarından etibarən,körpələr  danışıqlara gülüşlə cavab verir .3-4 aylığından qığıldayır,səslər gələn tərəfə baxır ,ananın səsini tanıyır və s.Əgər  uşağın nitqinin inkişafında problemlər ,geriləmələr müşahidə edirsinizsə,mütləq pediatr və nevropotoloqa müraciət etməlisiniz.

2.Qarşılıqlı ünsiyyət:
    Körpələr artıq  5-6 aylıqlarından etibarən,onlara göstərilən münasibətə reaksiya verir.Övladlarınızın hansı inkişaf mərhələsində olmasından asılı olmayaraq, onunla daim ünsiyyət qurun.Bu zaman  səsinizin tonuna, intonasiyanıza diqqət yetirin və düzgün istifadə edin.

3.Daim öyrədin!!!
    Nitqin ilkin inkişaf mərhələsindən başlayaraq,ona müxtəlif səsləri sadə sözləri ,səsləri ,anlayışarı öyrədin.Bununla  həm söz eytiyyatının artmasına kömək edin,həm də öyrənmə arzusunu gücləndirin.Beləliklə,  uşağınızı    ətraf-aləmlə də  tanış etmiş olacaqsınız.

4.Suallarını cavablandırın!!!
   2 yaşından etibarən, uşaqlar daim suallar verir.Bəzən bu suallar dəfələrlə təkrarlanır və qurtarmaq bilmir.Cavablar uşağın yaşına uyğun ,anlaya biləcəyi şəkildə ,qısa və doğru olmalıdır.Neçə dəfə təkrarlanmasından asılı  olmayaraq, bunu mehribancasına edin və övladlarınızın  ünsiyyət qurmaq ,öyrənmək istəyini boğmayın.Bununla da ,övladlarınızında  dioloji nitqi (2 və ya daha artıq şəxs arasında olur,reaksiya,jest,intonasiya və mimika tələb edir.)  inkişaf etdirin.

5.Ona suallar ünvanlayın !!!
      Gördüyü  hadisələr,oynadığı oyunlar və s. haqqında ona suallar  ünvanlayın.Öz fikrini sərbəst ifadə etməsi üçün şərait yaradın.Hadisələri ardıcıllıqla şərh etməsinə köməklik göstərin və monoloji nitqinin (1 adamın öz şüur və mülahizələrinin müntəzəm və ardıcıl şərh etməsi.) inkişafına dəstək olun.

 6.Uşaqlarla düzgün danışın!!!
       Uşaqlarınızla danışarkən nitqinizin düzgün və rəvan olmasına diqqət yetirin.Unutmayın ki ,uşaqlarda nitq böyükləri yamsılama ilə formalaşmağa başlayır.2 yaşdan sonra uşaqlarla ünsiyyət  zamanı sözləri olduğu kimi (“appa”  əvəzinə “yemək”,”aqqaş” əvəzinə “ayaqqabı” və s.) və aydın tələffüz edin.Uşaqların yanında ara sözlərdən ,vulqarizmlərdən qeyri-şərtsiz istifadə etməyin.Nitqinizlə ona örnək olun!

7.Onun üçün oxuyun!!!
      Oxunulan  hər bir nağıl ,hekayə  uşağın təxəyyülünü ,qavrayışını, təfəkkürünü inkişaf etdirir.Nitqli təfəkkür isə ətrafdakılardan məntiqi  nəticə çıxarmağa ,gerçəkliyi daha dərindən anlamağa ,hadisələrin mahiyyətini , sözlərin mənasını  dərk etməyə kömək edir.

8.Onun  monitordan  asılı olmasına imkan verməyin!!!
     Texnologiyadan düzgün istifadə etmədikdə ,o bəlaya  çevrilir .Uşaqları  sakitləşdirmək ,öz  işlərinizi həll etmək naminə onların saatlarla televizor,kompyuter qarşısında əyləşmələrinə, telefon və planşetlərdən  istifadə etmələrinə  imkan verməyin.Bu kimi hallara məruz qalan  uşaqlar fikirlərini  ifadə edə bilmir,hadisələri ardıcıl şərh etməkdə çətinlik çəkir və  lüğət ehtiyyatları yaşıdlarından  geri qalır.

9.Cəmiyyətə  adaptasiya edin!!!
       Sosial  baxımdan aktiv  uşaqlarda cümlə qurmaq  qabiliyyəti  ,fikirləri sistemli  ifadə  etmə daha yaxşı inkişaf edir.Uşaqlarınızın ünsiyyətdə  olacağı məkanlarda ,tədbirlərdə iştirakına imkan yaradın.Bu baxımdan  uşaqların məktəbəqədər tədris müəssisələrində təlim görməsi olduqca vacibdir.