Qlobal oxu və ya Doman metodu
Son dövrlərdə pedaqoqlar ənənəvi oxu - analtik metodlardan deyil daha fərqli üsullardan istifadə edirlər .Bunlardan biri də "Qlobal oxu " texnikasıdı. İngilis əsilli Amerikalı həkim - fizioterapevt Qlen Demonun ( Glenn Doman )adıyla bağlı olan və onun vasitəsiylə yaradılan bu metod sözlərin vahid bir şəkildə oxunmasını təmin edir . Qlobal oxu texnikası nitq və ümumi inkişaf problemli , disleksiyalı uşaqların inkişafında və təlimində olduqca effektiv və populardır . Hal - hazırda bir çox mərkəzlər kiçik yaşda olan uşaqlara da oxumanı öyrətmək üçün bu üsuldan istifadə edir .
Qlen Demon
(1919 - 2013 , ABŞ )
Ənənəvi və Qlobal oxu
Qlobal oxu uşağın görmə yaddaşı və görmə qavramasına əsaslanır və uşaq sözləri bütöv bir şəkildə bir rəsm olaraq mənimsəyir . Uşaq sözləri kök formasını öz yaddaşına həkk edir . Ənənəvi oxu texnikasında isə uşaq əvvəlcə səsləri və hərfləri öyrənir . Sonra onlar vasitəsiylə hecaları və nahayət sözləri oxumağı öyrənir . Bu vasitə ilə o sözləri hecalara və səslərə ayırmağı , sözü səs və hərfə görə təhlil etməyi öyrənir . Bu proses uşaqdan analtik zəka , inkişaf etmiş təfəkkür tələb edir .
Bəzi tətqiqatçılar Demon texnikası ilə oxuma bacarığına yiyələnən uşaqların davamlı təlimlərlə və dərslərlə yazının təhlil olunmasını da öyrənə bilərlər .
Qlobal oxunun tətbiqi
Uşağa yazı ilə birgə şəkillər verilir . Başlanğıc üçün müəyyən bir mövzuya aid 10 söz seçilir . Sözlərin və yazılar olduqca aydın və uşağın diqqətini çəkəcək şəkildə və aydın olmalıdı . Hər gün 3 dəfə olmaqla yazıalar və təsvirlər uşağa göstərilir . 10 gün boyunca bu proses davam etdirilir . Yazılar və şəkillərlə müxtəlif oyunlardan istifadə olunur . Şəkil və yazının eyniləşdirilməsi , yazıların eyniləşdirilməsi , tələffüz olunan sözə uyğun yazının göstərilməsi və s.


Qlobal oxu və Xüsusi qayğıya ehtiyyacı olan uşaqlar
Bu metod xüsusən də xüsusi qayğıya ehtiyyacı olan uşaqlarla işləyən pedaqoqların fəaliyyətində olduqca böyük bir sıçrayışa səbəb oldu . Görmə yaddaşından istifadə edərək uşaqlarda yalnız oxuma deyil həmçinin nitq və ünsiyyət bacarıqlarının formalaşmasına vəsilə oldu . Demon metodikasından nitq və ünumi inkişaf geriləməsi olan , autizm spektr pozulmaları olan uşaqlarla iş zamanı istifade edilir . Uşaqların bu kartlardan istifadə edərək fikirlərini və istəklərini ifadə etmələri üçün xüsusi bir təlim proqramı hazırlanır . Uşaqlar yazıların mənalarını başa düşdükləri üçün fikirlərini yazı kartları vasitəsiylə "göstərir " , cümlə qurur .
Metodikadan istifadə nitq geriləməsi olan uşaqlarda lüğət ehtiyyatının artmasına , ünsiyyət tələbatının artmasına səbəb olur .


