25 Haziran 2016 Cumartesi

             Nitqin  düzgün  inkişafı üçün 

                          nə etməli ?

      Həyatımızın ən vacib ehtiyaclarından biri ünsiyyətdir.O ətrafdakılarla olan münasibətlərimizin ,həyat şəraitimizin  təməlidir.Ünsiyyət  nitq anlayışlarının  daha  geniş  anlamıdır.Nitqin inkişafı uşaqlarda müəyyən zaman içərisində ,mərhələli şəkildə inkişaf etsə də,heç də öz-özünə və avtomatik baş vermir.Təyin edilmiş inkişaf normativlərinə  uyğun olaraq, valideynlər körpəlik yaş  dövründən etibarən  uşağın nitqinə nəzarət etməlidirlər .
    Bəs  uşağın  nitqinin düzgün inkişafını üçün nələrə diqqət yetirməliyik?

1.İlkin inkişafa nəzarət:
    İlk yaşam  aylarından etibarən,körpələr  danışıqlara gülüşlə cavab verir .3-4 aylığından qığıldayır,səslər gələn tərəfə baxır ,ananın səsini tanıyır və s.Əgər  uşağın nitqinin inkişafında problemlər ,geriləmələr müşahidə edirsinizsə,mütləq pediatr və nevropotoloqa müraciət etməlisiniz.

2.Qarşılıqlı ünsiyyət:
    Körpələr artıq  5-6 aylıqlarından etibarən,onlara göstərilən münasibətə reaksiya verir.Övladlarınızın hansı inkişaf mərhələsində olmasından asılı olmayaraq, onunla daim ünsiyyət qurun.Bu zaman  səsinizin tonuna, intonasiyanıza diqqət yetirin və düzgün istifadə edin.

3.Daim öyrədin!!!
    Nitqin ilkin inkişaf mərhələsindən başlayaraq,ona müxtəlif səsləri sadə sözləri ,səsləri ,anlayışarı öyrədin.Bununla  həm söz eytiyyatının artmasına kömək edin,həm də öyrənmə arzusunu gücləndirin.Beləliklə,  uşağınızı    ətraf-aləmlə də  tanış etmiş olacaqsınız.

4.Suallarını cavablandırın!!!
   2 yaşından etibarən, uşaqlar daim suallar verir.Bəzən bu suallar dəfələrlə təkrarlanır və qurtarmaq bilmir.Cavablar uşağın yaşına uyğun ,anlaya biləcəyi şəkildə ,qısa və doğru olmalıdır.Neçə dəfə təkrarlanmasından asılı  olmayaraq, bunu mehribancasına edin və övladlarınızın  ünsiyyət qurmaq ,öyrənmək istəyini boğmayın.Bununla da ,övladlarınızında  dioloji nitqi (2 və ya daha artıq şəxs arasında olur,reaksiya,jest,intonasiya və mimika tələb edir.)  inkişaf etdirin.

5.Ona suallar ünvanlayın !!!
      Gördüyü  hadisələr,oynadığı oyunlar və s. haqqında ona suallar  ünvanlayın.Öz fikrini sərbəst ifadə etməsi üçün şərait yaradın.Hadisələri ardıcıllıqla şərh etməsinə köməklik göstərin və monoloji nitqinin (1 adamın öz şüur və mülahizələrinin müntəzəm və ardıcıl şərh etməsi.) inkişafına dəstək olun.

 6.Uşaqlarla düzgün danışın!!!
       Uşaqlarınızla danışarkən nitqinizin düzgün və rəvan olmasına diqqət yetirin.Unutmayın ki ,uşaqlarda nitq böyükləri yamsılama ilə formalaşmağa başlayır.2 yaşdan sonra uşaqlarla ünsiyyət  zamanı sözləri olduğu kimi (“appa”  əvəzinə “yemək”,”aqqaş” əvəzinə “ayaqqabı” və s.) və aydın tələffüz edin.Uşaqların yanında ara sözlərdən ,vulqarizmlərdən qeyri-şərtsiz istifadə etməyin.Nitqinizlə ona örnək olun!

7.Onun üçün oxuyun!!!
      Oxunulan  hər bir nağıl ,hekayə  uşağın təxəyyülünü ,qavrayışını, təfəkkürünü inkişaf etdirir.Nitqli təfəkkür isə ətrafdakılardan məntiqi  nəticə çıxarmağa ,gerçəkliyi daha dərindən anlamağa ,hadisələrin mahiyyətini , sözlərin mənasını  dərk etməyə kömək edir.

8.Onun  monitordan  asılı olmasına imkan verməyin!!!
     Texnologiyadan düzgün istifadə etmədikdə ,o bəlaya  çevrilir .Uşaqları  sakitləşdirmək ,öz  işlərinizi həll etmək naminə onların saatlarla televizor,kompyuter qarşısında əyləşmələrinə, telefon və planşetlərdən  istifadə etmələrinə  imkan verməyin.Bu kimi hallara məruz qalan  uşaqlar fikirlərini  ifadə edə bilmir,hadisələri ardıcıl şərh etməkdə çətinlik çəkir və  lüğət ehtiyyatları yaşıdlarından  geri qalır.

9.Cəmiyyətə  adaptasiya edin!!!
       Sosial  baxımdan aktiv  uşaqlarda cümlə qurmaq  qabiliyyəti  ,fikirləri sistemli  ifadə  etmə daha yaxşı inkişaf edir.Uşaqlarınızın ünsiyyətdə  olacağı məkanlarda ,tədbirlərdə iştirakına imkan yaradın.Bu baxımdan  uşaqların məktəbəqədər tədris müəssisələrində təlim görməsi olduqca vacibdir.


       Nitq inkişafı zamanı yaranan istənilən geriləmə ,boşluq sonrakı mərhələnin tam formalaşmasına maneə yaradır.Bu problemlər vaxtında həll edilmədikdə , uşağın bütün təlim və tədris  prosesinə ,psixoloji vəziyyətinə,ünsiyyət qurmasına  mənfi təsir göstərir və mütəxəssislər tərəfindən həll edilməlidir.Ünsiyyəti yarım qalmış tam bir şəxsiyyət böyütmək  mümkün deyil.


                                   Loqoped,oliqofrenopedaqoq  Bahar Mustafayeva 

Hiç yorum yok:

Yorum Gönder